Səudiyyə Ərəbistanı “AH-6i Little Bird”i seçdi
Səudiyyə Ərəbistanı ABŞ-ın “Boeing” şirkətinə 36 ədəd “AH-6i Little Bird” hücum helikopteri sifariş verib. “AzeriDefence”nin məlumatına görə, bununla bağlı Sinqapurda keçirilən “Singapur Airshow-2012” çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.
Helikopterin silahlanmasına 2 ədəd “AGM-114 Hellfire” və ya “Stinger”, həmçinin klassik “Hydra” raketləri və pulemyot daxildir. Qabariti kiçik olan helikopter yüksək manevr qabiliyyətinə malikdir və o eyni zamanda kəşfiyyat məqsədləri üçün də istifadə edilə bilir.
KATEQORIYA: Aerospace