SAAB Sea Gripen təyyarəsinin hazırlanmasında sona gəldi
İsveçin SAAB şirkəti Gripen NG – Next Generation çoxməqsədli təyyarəsinin bazasında təyyarədaşıyan gəmilər üçün nəzərdə tutulan Sea Gripen təyyarəsinin yaradılması işlərini başa çatdırır. Bu barədə “AzeriDefence” “Janes Defence Wekly” nəşrinə istinadən məlumat verib.
Təyyarənin hazırlanması üzrə planlaşdırma işləri avqustun sonunda başa çatacaq. Layihədə İsveç və ingilis mühəndisləri iştirak edirlər.
İstehsalçıların sözlərinə görə, planlaşdırman prosesində heç bir problem aşkarlanmayıb. Sea Gripen katapultun köməyi ilə uçuş həyata keçirə biləcək. Eyni zamanda korroziyaya davamlılığı artırılacaq. Təyyarə burun tramplinindən istifadə vaxtı qısa uçuşa, həmçinin aerofinişeranın köməyi ilə enmə imkanına malik olacaq.
Təyyarənin dəniz variantının potensial alıcıları tərəfindən Braziliya və Hindistan ola bilər.