
“Saab” şirkəti Hindistanda “Carl-Gustaf” istehsal müəssisəsi qurur
İsveçin “Saab” şirkəti Hindistanda “Carl-Gustaf M4” qumbaraatanlarının istehsalı ilə bağlı müəssisə quracaq.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla şirkət Hindistanda “Carl-Gustaf” qumbaraatanının istehsalını gücləndirməyi hədəfləyib.
Şirkət tərəfindən “Saab FFV India” adlanacaq müəssisənin istehsal fəaliyyətinə 2024-cü ildə başlayacağı bildirilib.
Qeyd edilib ki, müəssisə həm Hindistan Silahlı Qüvvələri üçün “Carl-Gustaf M4” qumbaraatanlarını, həm də digər istifadəçilər üçün lazım olan hissələrin istehsalını dəstəkləyəcək.
CATEGORIES Xəbərlər