
SAAB şirkəti RBS-70NG daşınan zenith raket kompleksinin nəqliyyat vasitələrinə inteqrasiyasında yenilik etməyə hazırlaşır.
Bu barədə “AzeriDefence”yə SAAB şirkətindən məlumat verilib.
RBS-70NG sisteminin yeni nümunəsi operator tərəfindən maşının daxilindən uzaqdan idarə olunacaq. Bu yeni kompleksin gəmilərdə də tətbiq edilməsi gözlənilir.
Bundan əvvəl nəqliyyat vasitələri üzərində atış operator tərəfindən aparılıb.
Qeyd edək ki, RBS-70NG raketinin atış mənzili 8 km, uçuş hündürlüyü 5 km-dir. RBS-70 sistemi 1977-ci ildən istehsal olunur və hazırda 22 ölkənin silahlanmasında yer alır.




