SAHA EXPO-da ümumi dəyəri 1 milyard ABŞ dollarından çox olan müqavilələr imzalanıb
Türkiyənin SAHA İstanbul cəmiyyəti tərəfindən 25-28 oktyabr tarixləri arasında İstanbul şəhərində keçirilən üçüncü SAHA EXPO Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye sərgisi başa çatıb.
“Poliqon” xəbər verir ki, SAHA EXPO-nun son günündə mətbuat üçün keçirilən brifinqdə SAHA İstanbul Cəmiyyətinin idarə heyətinin sədri Haluk Bayraktar və baş katibi İlahmi Keleş sərgini qiymətləndiriblər.
Sərgini dəyərləndirən Haluk Bayraktar bildirib ki, SAHA EXPO-2022 zamanı ümumi dəyəri 1 milyard ABŞ dollarından çox olan 114 müqavilə imzalanıb və bunlarında 60 faizdən çoxu ixracatla bağlıdır.
60000 m2 ərazini əhatə edən bu ilki SAHA EXPO sərgisində 57 ölkədən 390 xarici və 567 yerli şirkət iştirak edib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyev də sərgiyə qatılıb.