SARSILMAZ yeni silahlarını IDEF-də sərgiləyir

SARSILMAZ yeni silahlarını IDEF-də sərgiləyir

Türkiyənin SARSILMAZ şirkəti yeni və geniş çeşidli silahlarını IDEF-2023 sərgisində nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, onların arasında geniş ictimaiyyət qarşısında ilk dəfə sərgilənən SAR2023 tapançası və SAR 556 MT yüngül pulemyotu ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Bundan başqa, şirkətin hazırladığı 25 mm-lik top, “Sarbot” avtonom silah sistemi və digər silahlar da ziyarətçilərin diqqətini cəlb edib.

SARSILMAZ tərəfindən məhdud sayda istehsal edilən SAR2023 tapançası Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanıb. Yarımavtomat tapança olan SAR2023 9×19 mm çapa və 15/17 patron tutumuna sahibdir.

Şirkətin yeni inkişaf etdirdiyi məhsullar arasında yer alan SAR 556 MT yüngül pulemyotu, piyada birlikləri yanaşı, həm də xüsusi əməliyyat bölmələri tərəfindən yaşayış yerlərində istifadə üçün nəzərdə tutulub. Yüngül pulemyot NATO standartlarındakı 5.56 mm-lik patronlardan istifadə edir.

Sərsılmazın sərgidə diqqət çəkən məhsullarından biri də 25 millimetrlik topu sistemi olub. TUSAŞ və SARSILMAZ-ın birgə şirkəti olan “TR Mekatronik” ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında imzalanan müqavilə əsasında hazırlanan 25 mm-lik top sistemi, NATO standartlarındakı 25×137 mm-lik sursatları atmaq üçün nəzərdə tutulub.

25 mm-lik topu həm quru, həm də dəniz platformalarına inteqrasiya etmək mümkündür. O, dəqiqədə 200 mərmi atmağa imkan verən sürətli və yavaş atəş rejimlərinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS