Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 4-cü ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və bir qrup hərbi qulluqçu İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə,  şəhid hərbi pilotun məzarı ziyarət olunub, üzərinə əklillər qoyulub və xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərə bağlılığından söhbət açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Poliqon.az

CATEGORIES