Xəbərlər

Şəhid Tural Rəhimlinin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhid Tural Rəhimlinin  xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, şəhid Tural Rəhimlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərin intiqamının döyüş meydanlarında alındığından danışıblar.

Poliqon.az

Back to top button