Xəbərlər

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Poliqon.az

Back to top button