İran HDQ yerli istehsal olan gəmi əleyhinə raketləri təhvil alıb

İran HDQ yerli istehsal olan gəmi əleyhinə raketləri təhvil alıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə (HDQ) yerli istehsal olan “Qədir” və “Nasir” qanadlı raketləri təhvil verilib.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qanadlı raketlər SEPAH HDQ-yə İran Körfəzində keçirilən geniş miqyaslı hərbi təlimlərdən sonra çatdırlıb.

300 kilometrə qədər uçuş məsafəsinə malik “Qədir” (CM-300) raketi sahil mühafizə sistemləri və döyüş gəmiləri tərəfindən geniş istifadə olunur. Raketin kütləsi 700 kq, döyüş başlığının ağırlığı isə 165 kiloqram təşkil edir.

Sahil və dəniz platformalarından buraxıla bilən “Nasir” (CM-90) raketi turboreaktiv mühərrikə və maksimum 90 kilometr uçuş məsafəsinə sahibdir. Onun kütləsi 351 kq, döyüş başlığının ağırlığı 130 kq və maksimum uçuş sürəti 8 Mach-dır.

Poliqon.az

CATEGORIES
TAGS