Müdafiə
Serbiya Azərbaycana 150 ədəd tapança-pulemyot satıb

Serbiya ötən il Azərbaycana 150 ədəd tapança-pulemyot satıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Serbiyanın BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.
Satılan tapança-pulemyotların markası və hansı quruma satışı barədə məlumat verilməyib.
Qeyd edək ki, BMT hesabatlarına görə, ötən il Türkiyə də Azərbaycana 1545 ədəd tapança satışı reallaşdırıb.




