Serbiya iki artilleriya sistemini sınaqdan keçirib

Serbiya iki artilleriya sistemini sınaqdan keçirib

Serbiya Ordusu aprelin 25 və 26-da iki yeni artilleriya sisteminin sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” Serbiyanın Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Müdafiə Nazirliyi “Yugoimport SDPR” şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş LRSVM M18 zirehli kabinəli “Oganj” modul yaylım atəşli reaktiv sistemin və 155 mm “Nora-B52” M15 özüyeriyən haubitsanın atış sınaqlarının uğurla tamamlandığı bildirilib.

Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin sözlərinə görə, sınaqlarda 40 km atış uzaqlığına malik 122 mm çaplı G2000 raketlərdən atəş açılıb.

“Oganj” modulyar nəqliyyat-işəsalma  qurğusu son sınaq mərhələsində olduğunu deyən Serbiyanın maddi ehtiyatlar nazirinin köməkçisi vəzifəsini icra edən Nenad Miloradoviçin  bildirib ki, “Oganj” sistemindən G2000 raketinin buraxılması ilk dəfə olmasa da, Serbiyada maksimum 40 kilometr məsafədə ilk atəşdir. “Bu, həm elektronikanı, həm də raketləri sınamaq üçün yaxşı bir fürsət oldu”.

Sınaqlar zamanı “Nora B52” M15 özüyeriyən haubitsadan da 1991-ci ildən bəri ilk dəfə olaraq 40 kilometr məsafəyə atışlar edilib.

 

CATEGORIES
TAGS