
Şərqi Afrika ölkəsi Türkiyədən “Bayraktar TB2” PUA-ları almaq istəyir
Şərqi Afrika ölkəsi olan Ruanda Türkiyədən 12 ədəd olmaqla ən azı 2 kompleks “Bayraktar TB2” PUA-ları almaq üçün danışıqlar aparır.
“Poliqon” xəbər verir ki, bununla bağlı Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandanın xarici işlər naziri Vincent Biruta ilə müqavilə imzalayıb.
Xatırladaq ki, bundan əvvəl, 2021-ci ilin fevral ayında Ruanda ilə Türkiyə arasında 15,9 milyon ABŞ dollar dəyərində müdafiə təyinatlı məhsulların tədarükünə dair müqavilə imzalanıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər