Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM)

Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM)

Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) adından göründüyü kimi strateji əhəmiyyətli (hərbi və müdafiə xarakterli, eyni zamanda mülki təyinatlı) müxtəlif innovativ layihələrin  işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti sahələrdə tətbiqi üzrə ixtisaslaşmış beyin Mərkəzidir.

9 ilə yaxın  fəaliyyət dövründə  SETM tərəfindən ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (innovativ layihələrin) yekun nümunələrinin – məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi”, radiokanal vasitəsilə “mina və digər artilleriya atımlarının məsafədən idarə  olunması  sistemi”, geniş təyinatlı “multirotor pilotsuz üçuş aparatları (PUA)” və s. hazır məhsulların aidiyyəti qurumlarla birgə test işləri həyata keçirilmiş, uğurlu nəticələr əldə edilərək müvafiq sınaq aktları imzalanmışdır. Eyni zamanda, bəzi hazır nümunələr Vətən Müharibəsi dövründə istifadə olunmuşdur. Qeyd olunanlarla bərabər hazırda müəssisəmizdə 20-yə yaxın tədqiqat konstruktor layihələri də icra edilməkdədir. 

SETM-in əksər əməkdaşları elmi tədqiqat işləri ilə məşğul olmaqla müxtəlif qrant layihələrinin (“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs (əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu), SOCAR və s. təşkilatlar, eyni zamanda, əcnəbi ölkələrin bəzi qrant layihələri) iştirakşısı olmuş və qalib gəlmişlər.

Hazırda SETM-in yüksək ixtisaslı peşəkar heyəti var. Əsas heyətdə uzun illər fundamental elmlə və tədqiqatlarla məşğul olan elmi işçilər fəaliyyət göstərir. Müxtəlif layihələrin istiqamətindən asılı olaraq, xidmət müqavilələri əsasında əlavə aidiyyəti mütəxəssislər işlərin icrasına cəlb edilir. 

  • Elektronika;
  • Avtomatlaşdırma;
  • Süni intellekt əsaslı idarəetmə sistemləri;
  • Proqram təminatı;
  • Yüksək texnologiyalar.

Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsi: “İldırım RP-10” məsafədən partlatma sistemi

SETM “İldırım RP-10” sistemini beynəlxalq bazara təqdim edir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin əsasında yaradılmış və hazırda müstəqil ... Read More

“Azeltech” şirkətinin bəzi məhsulları təlimdə sınaqdan keçirilib

Azərbaycanın “Azeltech” və “Elm və Texnologiya Parkı” şirkətləri müdafiə təyinatlı məhsulların yaradılması sahəsində birgə layihələr həyata keçirir. “AzeriDefence” xəbər verir ki, bu barədə “Azeltech” şirkətin ... Read More

AZELTECH dron sürülərinin yaradılması layihəsinin üzərində işləyir

Samir SÜLEYMANOV: Şirkətimizin əsas fəaliyyət istiqaməti elektronika və proqram təminatlarının işlənib hazırlanmasıdır Azərbaycanda son illər müdafiə sənayesi sektorunda fəaliyyət göstərən özəl şirkətlərin sayında artım müşahidə ... Read More