Səudiyyə Ərəbistanı Ukraynadan “Kozak-5” zirehli avtomobilləri alıb

Səudiyyə Ərəbistanı Ukraynadan “Kozak-5” zirehli avtomobilləri alıb

Ukraynanın “Practika” Elmi-İstehsalat Birliyi (EİB) tərəfindən hazırlann və istehsal edilən “Kozak-5” zirehli avtomobilləri Səudiyyə Ərəbistanına ixrac edilib.

“Poliqon” xəbər verir ki, “Practika” EİB Direktorlar Şurasının sədri Oleq Visotski Beynəlxalq Müdafiə İnvestisiya Forumunda çıxışı zamanı bildirib ki, 2021-ci ildə “Practika” EİB özəl şirkəti öz istehsalı olan hərbi məhsulların tədarükü ilə bağlı iki ixrac müqaviləsini yerinə yetirib. Yerli iqlimə uyğunlaşdırılan “Kozak-5” zirehli avtomobillərinin böyük partiyası artıq Səudiyyə Ərəbistanına göndərilib.

Qeyd edək ki, kəmiyyət baxımından bu tədarük, son zamanlar Ukrayna istehsalı olan yeni zirehli maşınların ən böyük satışı ola bilər.

Xatırladaq ki, “Kozak-5” zirehli avtomobili, gücləndirilmiş ön ox, əyləclər və digər asma elementləri olan Ford F-550 4×4 avtomobilinin şassisi üzərində qurulmuşdur. Həmçinin, hərbiçilərə zəruri olan xüsusiyyətləri yaxşılaşdırmaqdan ötrü, avtomobilin oxlarında dişli cütlüklər xüsusiləri ilə əvəz olunub, 335/80 R20 böyük ölçülü təkərlər quraşdırılıb.

Baza versiyasında şəxsi heyətin daşınması, binalara hücum zamanı atışmada onların zireh arxasında müdafiəsi vəzifəsini yerinə yetirə bilir.

“Kozak-5” zirehli avtomobilinin bazasında hazırlanmış bir sıra xüsusi avtomobillər də mövcuddur. Bunlardan bəziləri, məsələn, “Kozak-5PML” maşını partlayışa təhlükəli döyüş sursatların daşınması üçün Dövlət Fövqəladə Xidməti tərəfindən istifadə olunur.

4×4 təkər formuluna malik “Kozak-5” zirehli avtomobilinin ümumi kütləsi 10 000 kq-dır. 440 at gücündə POWER STROKE dizel mühərriki ilə təchiz olunan maşının sürətlər qutusu avtomatik “Ford TorqShift”, sürət pillələrinin sayı 6+1 təşkil edir. 8 nəfər heyəti daşımaq qabiliyyətində olan “Kozak-5″in ballistik müdafiə DSTU 3975 PZSA-5 standartlarına uyğundur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS