SHXÇDX-nin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

SHXÇDX-nin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 13 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Ağdaşda Göyçay, Ucar, Kürdəmir və Ağdaş  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 11 oktyabr 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Poliqon.az

CATEGORIES