SHXÇDX-nin rəisi Ağdaşda vətəndaşları qəbul edib

SHXÇDX-nin rəisi Ağdaşda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov oktyabrın 13-də Ağdaşda Göyçay, Ucar, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

SHXÇDX-nin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 27 vətəndaşın müraciəti dinlənilib.

Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə göndərilmə, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilmiş, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Poliqon.az

CATEGORIES