Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 05 dekabr 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 02 dekabr 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.


