
Şimali Koreya yeni uzun mənzilli zenit-raket sistemini sınaqdan keçirib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Raket İdarəsi yeni yüksək hündürlüklü, uzun mənzilli zenit-raket sistemini (ZRS) sınaqdan keçirib.
“Poliqon” KCNA-ya istinadən xəbər verir ki, KXDR Dövlət Şurasının sədri Kim Çen In yeni raketlərin sınaq atışına nəzarət edib.
Bildirilib ki, bu, yeni ZRS-nin taktiki və texniki xüsusiyyətlərini qiymətləndirmək üçün keçirilmiş ilk sınaq atışıdır. Sınaq zamanı atılan raketlər 200 kilometr məsafədəki təlim hədəflərini dəqiqliklə vurmağı bacarıblar.


