
“Snayper həddi” müsabiqəsinin ilk çalışması icra edilib
“Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.
Azərbaycan Ordusunun snayperləri təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.
CATEGORIES Xəbərlər
TAGS Müdafiə Nazirliyi