Xəbərlər
SOFEX-2020 sərgisi təxirə salınıb

İordaniyanın paytaxtı Əmman şəhərində 31 mart-2 aprel tarixlərində keçirilməsi planlaşdırılan SOFEX-2020 xüsusi əməliyyat qüvvələri sərgi və konfransı təxirə salınıb.
Bu barədə “AzeriDefence”yə SOFEX-2020 sərgisinin təşkilatçı şirkətindən məlumat verilib.
“İordaniyada yağan güclü yağış nəticəsində sərginin keçiriləcəyi infrastruktura ciddi ziyan dəyib. Bununla əlaqədar sərgi qeyri-müəyyən vaxtadək təxirə salınıb”,- deyə məlumatda bildirilib.
Sərginin keçiriləcəyi tarix dəqiqləşdikdən sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin də SOFEX-2020 sərgisində iştirakı planlaşdırılıb.




