
SOM-B1 qanadlı raketi sınaq zamanı hədəfi dəqiqliklə vurub
TÜBİTAK SAGE mərkəzi və “Roketsan” şirkəti tərəfindən birgə inkişaf etdirilən SOM-B1 qanadlı raketinin növbəti atış sınağı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, yerli turbo reaktiv mühərriklə təchiz edilən SOM-B1 raketi sınaq zamanı hədəfi dəqiqliklə vurub.
Həmçinin bax: Azərbaycan HHQ-nin Su-25 təyyarəsindən SOM raketi atılıb
TAGS Manşet