“Sonsuz Qardaşlıq-IV” çoxmillətli təlimində bir sıra döyüş tapşırıqları yerinə yetirilib

“Sonsuz Qardaşlıq-IV” çoxmillətli təlimində bir sıra döyüş tapşırıqları yerinə yetirilib

Ölkəmizdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz Qardaşlıq-IV” çoxmillətli birgə təlimi davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər.

Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

279dd258229c0b1d92d481af24cfd717

CATEGORIES
TAGS