“Spartaco Schergat” freqatı İtaliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib

“Spartaco Schergat” freqatı İtaliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib

“Fincantieri” şirkəti FREMM tipli “Spartaco Schergat” freqatını İtaliya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.

“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bununla bağlı şirkətin “Muggiano” gəmiqayırma zavodunda mərasim keçirilib.

Qeyd edilib ki, bu, İtaliya Hərbi Dəniz Qüvvələrinə çatdırılan doqquzuncu FREMM tipli freqatdır.

Ümumilikdə İtaliya HDQ-yə 10 ədəd FREMM tipli freqatın tədarük edilməsi planlaşdırılıb.

“Spartaco Schergat” freqatı “Fincantieri”, “Leonardo”, “MBDA” və “Elettronica” şirkətləri tərəfindən istehsal edilən ən qabaqcıl sistemlərlə təchiz olunub. Digər FREMM freqatları kimi bu gəmi də yüksək əməliyyat çevikliyinə malikdir və müxtəlif taktiki ssenarilərdə fəaliyyət göstərə bilir.

Sözügedən freqatın uzunluğu 144 m, eni 19.7 m, su basımı isə 6700 tondur. Sürəti 27 düyündən çox olan “Spartaco Schergat” göyərtəsində 200-ə qədər personal daşımaq imkanına sahibdir.

CATEGORIES
TAGS