STM direktoru: “Hər zaman can və qardaş Azərbaycanın yanındayıq”

STM direktoru: “Hər zaman can və qardaş Azərbaycanın yanındayıq”

Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan STM – “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkətinin baş direktoru Özgür Gülərüz 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

STM şirkətinin baş direktoru Özgür Gülərüz “Poliqon” redaksiyasına göndərdiyi təbrik mesajında hər zaman can və qardaş Azərbaycanın yanında olduqlarını bəyan edib.

“Azərbaycan Silahlı Qüvvələrinin 104-cü il dönümünü STM ailəsi olaraq ən dərin duyğularımla təbrik edir, birlik və bərabərliklə inkişaf etdirdiyimiz həmrəyliyimizin daim olmasına ümid edirəm”, – deyə STM şirkətinin baş direktoru Özgür Gülərüz bildirib.

Poliqon.az

CATEGORIES
TAGS