STM Divar Arxası Radar sisteminin yeni partiyasını sifarişçiyə təhvil verib

STM Divar Arxası Radar sisteminin yeni partiyasını sifarişçiyə təhvil verib

STM şirkəti inkişaf etdirdiyi Divar Arxası Radar (DAR) sisteminin yenilənmiş konfiqurasiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” STM-yə istinadən xəbər verir ki, DAR sistemi Türkiyə Silahlı Qüvvələrinin müxtəlif bölmələrində dağıntılar altında canlı aşkarlama radarı kimi xidmət göstərəcək.

DAR, Ultra Genişzolaqlı siqnallar vasitəsilə vizual girişin mümkün olmadığı qapalı ərazilərdə sabit və hərəkət edən hədəflərin iki ölçülü yer məlumatını əldə etmək üçün istifadə olunur.

Bu radar həm hərbi, həm də mülki sahədə istifadə üçün nəzərdə tutulub.

Hərbi:

  • Girovların xilas edilməsi;
  • Terrorla mübarizə;
  • Daxili təhlükəsizlik əməliyyatları.

Mülki:

  • Zəlzələlər, qar uçqunları və yanğınlar kimi müxtəlif fəlakətlərdən sonra axtarış və xilasetmə əməliyyatları;
  • İnsan alveri və miqrant qaçaqmalçılığı ilə mübarizə.

2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraşda olan zəlzələ zamanı axtarış-xilasetmə missiyalarında aktiv şəkildə istifadə edilən DAR dağıntılar altında qalmış 50-dən çox insanın yerini aşkar edərək, onların sağ qalmasını təmin edib. Sistem tənəffüs zamanı sinə və qol hərəkətlərindən, həmçinin mikro-makro hərəkətlərdən dağıntılar altında olan canlının yerini müəyyən edə bilir.

Təxminən 6.5 kq ağırlığında olan DAR divarın/maneənin arxasında canlı varlıq olub-olmadığını müəyyən etmək üçün yaydığı RF siqnallarını anında cihaza ötürür və canlının hansı dərinlikdə, hansı nöqtədə olduğunu müəyyən edir. Tək adamın istifadə etməsi üçün nəzərdə tutulan milli sistem ştativ və ya buna bənzər alətlər vasitəsilə hədəf bölgəyə yerləşdirilə və planşet kompüter vasitəsilə uzaqdan idarə oluna bilər. DAR öz batareya texnologiyası ilə 4 saatdan çox fasiləsiz işləmə imkanına malikdir.

1735833451 tsk dar

CATEGORIES
TAGS