STM şirkəti NAVDEX-2025-də yeni əməkdaşlıqlar qurmağı hədəfləyir

STM şirkəti NAVDEX-2025-də yeni əməkdaşlıqlar qurmağı hədəfləyir

Türkiyənin STM şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilən NAVDEX-2025 Dəniz Müdafiəsi Sərgisi və Konfransında dəniz və hava platformalarını təqdim edir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət yerli və milli qaynaqlar hesabına inkişaf etdirdiyi STM NETA insansız avtonom sualtı vasitəsini ölkə xaricində ilk dəfə NAVDEX-2025 sərgisində təqdim edir.

MİLGEM layihəsi çərçivəsində STM-in baş podratçılığı ilə inşa edilərək Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilən “İstif” (“İ”) sinfli ölkənin ilk milli freqatı TCG İSTANBUL (F-515) sərgidə nümayiş olunur.

Şirkət, həmçinin NAVDEX-2025-də STM500 sualtı qayığını, “Ada” sinifli milli korvetini, logistika dəstək gəmisini və STM-MPAC çoxməqsədli hücum katerini də sərgiləyir.

Hava platformaları sahəsində STM-in nümayiş etdirdiyi məhsullar sırasında bu günə qədər üç fərqli qitədə 10-a yaxın ölkəyə ixrac olunan Türkiyənin ilk milli hücum PUA-sı KARGU (həm canlı qüvvə əleyhinə, həm də zireh dələn döyüş başlıqları ilə), Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən sursat buraxan mini PUA BOYGA və müşahidə-kəşfiyyat PUA-sı TOGAN yer alır.

STM-in baş direktoru Özgür Güleryüz, Türk müdafiə sənayesinin yenilikçi həlləri və mühəndislik imkanları ilə beynəlxalq arenada adından söz etdirdiyinə diqqət çəkib.

STM olaraq, Müdafiə Sənayesi Komitəmizin rəhbərliyi altında hərbi dəniz platformalarımız, taktiki mini PUA sistemlərimiz və komanda-idarəetmə imkanlarımızla geniş çeşiddə milli həllər inkişaf etdiririk. Son dövrdə Portuqaliya və Malayziyaya etdiyimiz gəmi ixracatlarımızla, donanmaların etibarlı tərəfdaşı olduğumuzu bir daha göstərdik. Digər tərəfdən, 10-dan çox ölkənin inventarına sahədə sübut edilmiş taktiki mini PUA sistemlərimizi əlavə edərkən, NATO-ya proqram təminatı sahəsində qabaqcıl texnologiyalar təqdim edirik. Körfəz Bölgəsinin mühüm sərgilərindən biri olan NAVDEX 2025-də milli texnologiyalarımızı dost və müttəfiq ölkələrə təqdim edərkən, mühəndislik gücümüzlə yeni güclü əməkdaşlıqlar qurmağı hədəfləyirik”. – deyə Özgür Güleryüz qeyd edib.

CATEGORIES
TAGS