Su-30SM ilk uçuşlarını keçirdi
Rusiyanın “Suxoy” şirkəti Su-30SM döyüş təyyarəsinin birinci sınaq uçuşlarını yerinə yetirib. Bu barədə “AzeriDefence” “Suxoy” şirkətinin saytına istinadən məlumat verib.İrkutsk aviasiya zavodunun aerodromunda həyata keçirilmiş uçuşları “Suxoy” Təcrübi Konstruktor Bürosunun iki pilotu yerinə yetirib. İki saat davam etmiş uçuş uğurlu keçib.
Ikiyerli Su-30SM çoxməqsədli və yüksək manevrli təyyarəsi Su-30MK tipli döyüş təyyarələri ailəsində inkişaf etdirilmiş yeni model hesab olunur. Təyyarənin radiolokasiyası, radio rabitəsi, tanıma sistemləri, katapult oturacağı və digər sistemləri Rusiya Hərbi Hava Qüvvələrinin tələblərinə uyğunlaşdırılıb. Həmçinin təyyarənin silah tərkibinə dəyişikliklər edilib.
Şirkət bu ilin mart ayında imzalanmış müqaviləyə əsasən, 2015-ci ilədək Rusiya Silahlı Qüvvələrinə 30 ədəd Su-30SM çatdırmalıdır.