HavaXəbərlər

Su-35S qırıcılarının yeni partiyası Rusiya Hava-Kosmik Qüvvələrinə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-35S çoxməqsədli qırıcılarının yeni partiyasını Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarələr zavod sınaqlarından və müxtəlif iş rejimlərində yoxlamalardan uğurla keçdikdən sonra daimi xidmət yerlərinə uçublar.

Yeni təyyarələrin qəbul edilməsi ilə bağlı danışan Rusiya Hava-Kosmik Qüvvələrinin Su-35S pilotu bildirib ki, yüksək manevr qabiliyyətinə malik bu çoxməqsədli qırıcı istismar zamanı etibarlı fəaliyyət göstərir və ekipaj üçün idarəetməsi rahatdır.

“Biz bu təyyarə ilə müxtəlif tapşırıqları yerinə yetiririk: uzaq məsafələrdə hava hədəflərinin qarşısının alınması, zərbə qruplarının və yerüstü obyektlərin qorunması, pilotsuz uçuş aparatlarının məhv edilməsi, həmçinin yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə dəqiq zərbələrin endirilməsi. Bundan əlavə, kəşfiyyat aparır, təmas xəttindən xeyli dərinlikdə düşmənin mövqelərini aşkarlayırıq”, – deyə pilot vurğulayıb.

Back to top button