
Su-75 qırıcısının bu il ilk uçuşunu yerinə yetirməsi gözlənilir
Rusiyanın inkişaf etdirdiyi 5-ci nəsil Su-75 “Checkmate” qırıcı təyyarəsinin bu il ilk uçuşunu həyata keçirməsi gözlənilir.
“Poliqon” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, təyyarə ilk dəfə 2021-ci ilin avqustunda MAKS aviasalonunda maket şəklində təqdim edilib və artıq uçuş sınaqlarının başlanması üçün hazırlıq mərhələsindədir.
Nəşr bildirib ki, Su-75 yüksək ixrac potensialına malikdir, eyni zamanda Rusiya Hava-Kosmik Qüvvələrinin cəbhə aviasiyası üçün də arzulanan və gözlənilən bir platformadır. Bu təyyarələrin Rusiyada MiQ-29 qırıcılarını əvəz etməsi nəzərdə tutulur. Qlobal silah bazarında isə Su-75, 4++ və 5-ci nəsil qırıcılarla rəqabət aparacaq.
Təyyarə “stealth” qabiliyyətinə, yüksək manevr, sürət və çoxrejimli xüsusiyyətlərə malikdir


