Səudiyyə Ərəbistanı daha 48 “Typhoon” almaq istəyir
Səudiyyə Ərəbistanı Böyük Britaniya ilə əlavə olaraq 48 ədəd “Typhoon” döyüş təyyarəsinin alınmasına dair danışıqlar aparır. “AzeriDefence”nin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, tərəflər təyyarələrin qiyməti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, “Eurofighter Typhoon” şirkəti ötən il imzalanmış müqavilə çərçivəsində Səudiyyə Ərəbistanına 24 təyyarəni (18 ədəd 1 yerli döyüş, 6 ədəd 2 yerli təlim-döyüş) çatdırıb. Bu 24 təyyarənin alqı-satqı müqaviləsinin dəyəri 4,4 mlrd. funt-sterlinq (6.8 mlrd. dollar) təşkil edib. Səudiyyə Ərəbistanı sifariş vermək istədiyi 48 təyyarənin Avropada deyil, ölkədə fəaliyyət göstərən “As Salam Aircraft Company” şirkətinin zavodunda tikintisini təklif edib.
KATEQORIYA: Aerospace