TANAN-300 – Cassidian şirkətinin yeni pilotsuz helikopteri
Cassidian şirkəti TANAN-300 adlı yeni pilotsuz helikopterini təqdim edib. Bu barədə “AzeriDefence” Cassidian şirkətinə istinadən məlumat verib.
Yeni PUA quruda və dənizdə geniş spektrdə qarşıya qoyulan kəşfiyyat məsələlərini yerinə yetirməyə bacarıqlıdır.
180 km hərəkət radiusuna malik PUA-nın faydalı yüklü 50 kq təşkil edir. TANAN-300 yüksək ayırdetmə dəqiqliyinə malik (full HD) video və foto kameralar, həmçinin infra-qırmızı tənzimçilərə malikdir. Bundan başqa, aparat dəniz radarı və İFF (dost-düşmən tanıma) sistemi ilə təchiz edilə bilər.
Dizel mühərriki ilə hərəkətə gətirilən TANAN-300 pilotsuz helikopteri – 20 +50 dərəcə tempraturda tapşırıqları yerinə yetirə bilir.
KATEQORIYA: Aerospace