“Tatarıstan” raket gəmisi Bakıya gəlir

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” raket gəmisi və gəmilər qrupu Qazaxıstanın Aktau portundan Bakıya yola düşüb.Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Dostluq məqsədi daşıyan səfər çərçivəsində Rusiya və Azərbaycan gəmiləri Bakı portundan dənizə birgə çıxış edəcəklər.

Səfər çərçivəsində Aktauda Rusiya və Qazaxıstan HDQ-lərinin birgə komanda-qərargah təlimi keçirilib.

Qeyd edək ki, 11661 layihəli “Gepard” sinfli döyüş gəmisi olan “Tatarıstan” gəmisinin çəkisi 1930 ton, uzunluğu 102 metrdir. Hazırda Xəzərdə ən güclü hərbi gəmi hesab olunan “Tatarıstan” raket, zenit-raket və artilleriya silahlarına malikdir. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayığa qarşı 533 mm-lik torpedalar quraşdırılıb.

Məlumat üçün bildirək ki, Rusiyanın Xəzər Flotiliyasının flaqmanı olan “Tatarıstan” gözətçi gəmisinin digər Xəzəryanı ölkələrin hərbi portlarına dostluq səfəri edəcəyi barədə xəbəri ilk dəfə iyunun 11-də “AzeriDefence.com” saytı Rusiyanın Xəzər Hərbi Flotiliyasının qərargahına istinadən yayıb.

Xəbərin linki: www.azeridefence.com/news.php?id=7475

KATEQORIYA: