Taylandın hava məkanı “Barak MX” HHM sistemləri ilə qorunacaq

Taylandın hava məkanı “Barak MX” HHM sistemləri ilə qorunacaq

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti Tayland Hərbi Hava Qüvvələrinə (HHQ) müasir “Barak MX” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.

IAI-dən “Poliqon”a verilən məlumata görə, bunun üçün şirkət və Tayland HHQ arasında müqavilə imzlanıb.

Müqavilə çərçivəsində IAI-nin tədarük edəcəyi “Barak MX”lər Taylandın hava sahəsini 150 km-ə qədər məsafədə taktiki ballistik raketlər (TBM), PUA-lar, döyüş təyyarələri və qanadlı raketlərdən qoruyacaq.

IAI şirkətinin prezidenti və baş direktoru Boaz Levi bildirib ki, bu müqavilənin qazanılması IAI üçün Şərqi Asiyada mühüm bir nailiyyət deməkdir, çünki Tayland bölgədə əsas və təsirli bir ölkədir: ““Barak MX” HHM sistemi Taylanda ilk orta mənzilli hava müdafiə qabiliyyəti təqdim edərək, həm ballistik, həm də hava təhdidlərinə qarşı əhatəli müdafiə təmin edəcək. “Barak MX”, Tayland Hərbi Hava Qüvvələrinin ciddi tələblərini uğurla yerinə yetirdikdən və aşdıqdan sonra seçilmişdir, qabaqcıl şəbəkə mərkəzli imkanlar və yerli komanda və idarəetmə sistemləri ilə uyğunluq təklif edir. Biz Taylandla əməkdaşlığımızı daha da dərinləşdirməkdən və onların müdafiə arxitekturasını sübut olunmuş, növbəti nəsil imkanlarla gücləndirərkən yanlarında olmağımızdan qürur duyuruq”.

“Barak MX” sisteminin elementləri komanda-idarəetmə (C2) blokunu, çoxmissiyalı radarı (MMR), buraxıcı qurğuları, tutucu raketləri, raket doldurma və logistika dəstəyi vasitəsini əhatə edir. Bütün komponentlər yüksək hərəkət qabiliyyətinə malik platformalara quraşdırılıb ki, bu da sürətli şəkildə yerləşdirməyə və qısa müddət ərzində əməliyyat hazırlığına imkan verir. Tayland Hərbi Hava Qüvvələrinə əhatəli və yerli dəstək təmin etmək üçün IAI, “Thai Aviation Industries” (TAI) şirkəti ilə əməkdaşlıq qurub.

CATEGORIES
TAGS