
Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib
Aprelin 11-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir zavodun istehsal xətti və potensialı ilə yaxından tanış olub.
V.Mustafayev şirkət rəsmiləri və müəssisədə çalışan yerli gənc mütəxəssislərlə görüşüb. Nazir müəssisənin fəaliyyətinə və gənclərə uğurlar arzulayıb, onlara Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib.
Sonda gənc mütəxəssislərlə xatirə şəkli çəkdirilib.
TAGS Manşet