
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ADEX-2016 beynəlxalq müdafiə sərgisində 260-dan artıq məhsulunu nümayiş etdirəcək.
“AzeriDefence”nin məlumatına görə, bunu mətbuat konfrasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Nazir müavini bildirib ki, Müdafiə Sənayesi Nazirliyi qatıldığı ilk beynəlxalq sərgidə 27 məhsul təqdim etmişdi. İndi isə məhsulların sayı artıb və bu proses davam edir.
Y. Musayevin sözlərinə görə, artıq Müdafiə Sənayesi Nazirliyinin məhsullarına təlabat durmadan çoxalır:
“Əsasən, Avropa, Afrika və Asiya ölkələrindən müraciətlər daxil olur. Daha çox döyüş sursatları, silah almaq üçün müraciət edirlər. Silahlarımız rəqabətə davamlı və keyfiyyətlidir. Bundan başqa dünya bazarındakı qiymətlərə uyğun satılır”.
Y. Musayev sərgi zamanı bir sıra xarici şirkətlərlə müqavilələrin imzalanacağını da söyləyib.



