Təkmilləşdirilən F/A-18 “Super Hornet” qırıcıları ABŞ HDQ-yə təhvil verilib

Təkmilləşdirilən F/A-18 “Super Hornet” qırıcıları ABŞ HDQ-yə təhvil verilib

“Boeing” şirkəti tərəfindən Block III səviyyəsinə yüksəldilən ilk iki ədəd F/A-18 “Super Hornet” döyüş təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, ABŞ HDQ təkmilləşdirilən təyyyarələri nəzərdə tutulan müddətdən daha tez əldə edib.

Bildirilib ki, təkmilləşdirmə nəticəsində F/A-18 “Super Hornet”lər bir sıra yeni sistemlərlə təchiz olunub və onların xidmət ömrü uzadılıb.

Həmçinin bax: “Boeing” F/A-18 “Super Hornet” qırıcılarının istehsalını dayandıracaq

CATEGORIES
TAGS