
Çox sayda AMRAAM raketinin Səudiyyə Ərəbistanına satışı təsdiqlənib
ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərindəki AIM-120C-8 AMRAAM raketlərinin Səudiyyə Ərəbistanına satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 1000 ədəd “hava-hava” tipli AIM-120C-8 raketinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
TAGS Manşet