“TEKNOFEST Azərbaycan”: “Planer” üzrə 19 komanda sınaq uçuşları keçirir

“TEKNOFEST Azərbaycan”: “Planer” üzrə 19 komanda sınaq uçuşları keçirir

Mayın 22-də Hacıqabul aerodromunda “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində “Planer” üzrə 19 komanda sınaq uçuşları keçirir.

Bu barədə “Poliqon”a TEKNOFEST-in təşkilat komitəsindən məlumat verilib.

Müsabiqədə Milli Aviasiya Akademiyasından 12, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 3, Xəzər Universitetindən 2, Bakı Ali Neft Məktəbindən 1 və Azərbaycan Texniki Universitetindən 1 komanda iştirak edir. Komandalar təlim meydançasında əfsanəvi ASW 28 və “Walker Sky X8” modelləri əsnasında hazırlanmış planerlərin uçuşunu həyata keçirirlər.

Bu gün keçirilən sınaq uçuçları komandalar üçün olduqca kritik əhəmiyyət daşıyır.

Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsəasən “TEKNOFEST Azərbaycan” festivalının finalçıları müəyyənləşəcək.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş