Texnologiyada güc birliyi: Azərbaycan-Türkiyə birgə istehsalı QFAB-250 LG hədəfi yüksək dəqiqliklə vurdu – VİDEO

Texnologiyada güc birliyi: Azərbaycan-Türkiyə birgə istehsalı QFAB-250 LG hədəfi yüksək dəqiqliklə vurdu – VİDEO

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış QFAB-250 LG aviasiya bombası Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) ilə hədəfi yüksək dəqiqliklə vurub.

Bu barədə “Poliqon”a ASELSAN şirkətindən məlumat verilib.

DSX1 1 e1728589041178

ASELSAN-ın təqdim etdiyi videogörüntüdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinə inteqrasiya olunan QFAB-250 LG aviasiya bombası ilə test atışı zamanı şərt hədəf yüksək dəqiqliklə vurulub.

Qeyd edək ki, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas döyüş hissəli, lazer tuşlamalı aviasiya bombası Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb.dczi2qg 32dbc1f9 e45c 4117 a023 3b0491ed9b32 650x339 1

Yeni QFAB-250 LG aviasiya bombası qırıcı-bombardmançı təyyarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulub, çox yüksək dəqiqliyə malikdir, NATO standartlarına cavab verməklə düşmənin canlı qüvvəsini və digər hədəflərini məhv etmək üçün təyin edilib.

Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlandırılmasına əsaslanır. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir.

Bombanını fəaliyyət məsafəsinin artırılması məqsədi ilə məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub.

Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, təsir radiusu 100 metrdir.

Screenshot 20241011 095704 Chrome

Screenshot 20241011 095418 Chrome

Screenshot 20241011 101636 Chrome

CATEGORIES
TAGS