THK Bakıda nümayəndəlik açır

Azərbaycanlı gənclərin aviasiya və kosmos sahəsində biliklərini artırmaq məqsədi ilə Türk Hava Kurumunun (THK) Bakı şöbəsi qurulacaq. “AzeriDefence”nin məlumatına görə, bu məqsədlə THK-nın rəhbəri əməkli general Osman Yıldırım və THK Universiteti rektoru, professor Ünsal Batır Bakıya səfərə gəlib.

Həyata keçiriləcək layihə çərçivəsində Azərbaycandan kurs iştirakçılarının Türkiyəyə səfərinin təşkili, THK-nın yamac paraşütü, yelkən qanad, paraşüt, planer və təyyarə modelçiliyi kurslarında təhsil almalarına imkan yaradılacaq. Lazımi meyarlara uyğun gələn gənclər THK Universiteti nəzdində Aviasiya və Kosmos təhsili ala biləcəklər. Təhsilini tamamlayan şagirdlər iş zəmanətinə sahib olacaq və Azərbaycanda aviasiyanın inkişafına töhfələrini verəcəklər.

THK-nın Bakı şöbəsinə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramovun rəhbərlik edəcəyi bildirilib.

THK-nın Bakı Şöbəsi ilə yanaşı, THK Universitetinin ilk xaric nümayəndəliyi də Azərbaycanda açılacaq.

KATEQORIYA: