QuruXəbərlər

TOLGA HHM sistemi nümayiş sınağında hədəfləri uğurla məhv edib

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini Hüseyn Avşar və onu müşayiət edən heyətinin iştirakı ilə MKE şirkətinin hazırladığı TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminin nümayiş sınaqları keçirilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, Müdafiə Sənayesi Komitəsi ilə birgə müəyyən edilən müxtəlif ssenarilər çərçivəsində sistem həm “soft-kill”, həm də “hard-kill” rejimlərində atışları uğurla icra edib.

Sınaqlar zamanı TOLGA sistemi kamikadze pilotsuz uçuş aparatlarını (PUA) və sabitqanadlı PUA-ları uğurla zərərsizləşdirərək müasir hava təhdidlərinə qarşı effektivliyini bir daha nümayiş etdirib.

Bundan əvvəl xarici nümayəndə heyətləri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə keçirilən sınaq atışlarında da yüksək nəticələr əldə edən MKE TOLGA yaxın HHM sistemi, müasir döyüş təhdidlərinə qarşı effektiv, sadə və ucuz (EBU) həll təqdim edir.

Back to top button