
ASELSAN şirkətinin istehsal etdiyi TOLUN-P miniatür bombasının “Akıncı” pilosuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq yeddi ədəd radioelektron mübarizə sisteminin fəaliyyət göstərdiyi şəraitdə icra olunub.
Sınaq zamanı “Akıncı” PUA-dan buraxılan iki ədəd TOLUN-P bombası təchiz edildikləri KARETTA qarışdırmaya dayanıqlı sistem sayəsində radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalmadan hədəfi dəqiqliklə vurub.





