Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri Şəhidlər xiyabanlarına gedərək Tovuz döyüşləri, eləcə də torpaqların ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Həmçinin hərbi qulluqçular şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Poliqon.az

CATEGORIES