Tunis Ordusu ilk “Anka-S” PUA-nı inventarına daxil edib

Tunis Ordusu ilk “Anka-S” PUA-nı inventarına daxil edib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən Tunisin sifarişi əsasında istehsal edilən ilk “Anka-S” pilotsuz uçuş aparatı (PUA) sifarişçiyə çatdırılıb və ordunun inventarına qəbul edilib.

“Poliqon” xəbər verir ki, Tunis Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin PUA-ya olan ehtiyacını qarşılamaq üçün bu il TUSAŞ şirkəti ilə müqavilə imzalayıb.

80 milyon ABŞ dollar dəyərində olan müqaviləyə 3 ədəd “Anka-S” PUA və 3 ədəd yerüstü idarəetmə stansiyasının çatdırılması daxil edilib. “Anka-S” PUA-ların qalan hissələrinin gələn il tədarük ediləcəyi gözlənilir.

Qeyd edək ki, Tunis “Anka” PUA-nı əldə edən ilk xarici müştəridir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS