
Mart ayının 7-də Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Şahini-2016” hərbi təlimi başlayır.
Bu barədı “AzeriDefence”yə Azərbaycan Hərbi Hava Qüvvələrindən məlumat verilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı hərbi bazasında keçiriləcək təlimə Azərbaycandan MiQ-29, Su-25 döyüş, İl-76 hərbi nəqliyyat təyyarələri iştirak edəcək.
“TurAz Şahini-2016” hərbi təlimi martın 26-dək davam edəcək.
Qeyd edək ki, “TurAz Qartalı/Şahini” Azərbaycan-Türkiyə birgə təlimləri 2014-cü ilin sentyabr ayından ildə iki dəfə olmaqla – Azərbaycanda və Türkiyədə iki ölkənin HHQ-nin iştirakı ilə keçirilir.



