Türk Ordusu PUA ilə daha bir “Pantsir”i məhv etdi
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı zamanı bu gün daha bir “Pantsir-S1” zenit raket-top kompleksini vurub.
“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İdlib vilayətindəki Sərakib şəhəri uğrunda gedən döyüşlərdə Suriya Ordusunun “Pantsir S1” kompleksi Türkiyənin “Bayraktar TB-2” silahlı pilotsuz uçuş aparatı ilə məhv edib.
Qeyd edək ki, 27 fevral tarixindən Türkiyənin Suriyanın İdlib vilayətində başlatdığı “Bahar qalxanı” əməliyyatında artıq ikinci Rusiya istehsalı olan “Pantsir-S1” kompleksi zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər