Türk pilotları hava döyüşündə Suriyanın iki Su-24 təyyarəsini vurdular

Suriya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən vurulub.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Suriya təyyarələri Türkiyə HHQ-nin təyyarələri tərəfindən hava döyüşündə vurulub. Bundan başqa, bu gün Türkiyənin silahlı pilotsuz uçuş aparatımını vuran Suriyaya məxsus zenith-raket kompleksi və əlavə iki hava hücumundan müdafiə sistemi də məhv edilib.
“Təyyarələrimizə hücum edən rejimə aid iki ədəd Su-25 təyyarəsi də vurulub”, – deyə məlumatda bildirilir.
Esad rejimine ait savaş uçağının düşüş anları…🇹🇷👍#BaharKalkanıHarekatı #su24 #BAHARKALKANI #Idlib #tsk #Turkey #Syria pic.twitter.com/KrDKIejFcm
— Defence and Technology (@SavunmaTekno) March 1, 2020




