Türk tankı rus “Korneti”nə dayandı – FOTO-VİDEO

Internet mediada İraqda Başika düşərgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinə aid M-60T “Sabra” tankının İŞİD silahlıları tərəfindən “Kornet-E” tank əleyhinə idarə olunan raketlə vurulmmasını əks etdirən video görüntülər yayılıb.

“AzeriDefence”nin məlumatına görə, İŞİD silahlıları tərəfindən atılan raketin tankı vurması və ətrafıı qara tüstü bürüməsi görünür. Lakin buna baxmayaraq tank yüngül xəsarət alıb. Heyət itki verməyib.

M-60T “Sabra” tankı israilin İMİ şirkəti tərəfindən modernizə olunub. Modernizə zamanı tankın idarəetmə sistemi yenilənib, əlavə olaraq dinamik zirehlə gücləndirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydıığı məlumatda qeyd olunur ki, olay aprelin 18-də saat 16:15 radələrində baş verib: “Tankın əsas gövdəsi bağlı olduğundan raketin içəriyə nüfuz etməsini önləyən dinamik zireh raketi geri atdığı üçün tankın ekipajı zərər görməyib. Sadəcə reaktiv zireh partlamanın təsirindən havaya qalxıb. Tankın ətrafı müşahidə edən periskopu zərər görüb. Tankın görüntüsündə mülki insanların gözü ilə baxıldığında böyük bir zərərin görülməsi normaldır. Ancaq, tanlın reaktiv zirehləri həm tankın korpusunu, həm də içindəkiləri qoruyub”.

https://youtu.be/fgdrH6Jb1s8

Baş Qərargahın məlumatında o da qeyd olunub ki, ciddi zərər görməyən tank mövqeyini dəyişərək raketin atıldığı bölgəədə, terrorçuların yerləşdiyi binaya 8 atəş gerçəkləşdirib. Nəticədə 10 İŞİD silahlısı zərərsizləşdirilib.

566435_original

m60_2_povrezhdeniya

568818_original

 

CATEGORIES