Azərbaycanda beş ölkədən olan xüsusi təyinatlıların iştirakı ilə təlim keçiriləcək

Azərbaycanda beş ölkədən olan xüsusi təyinatlıların iştirakı ilə təlim keçiriləcək

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi keçiriləcək.

“Poliqon” xəbər verir ki, təlim cari ilin sentyabr ayında Azərbaycanda baş tutacaq.

“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin məqsədi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə verməkdir.

CATEGORIES